“Regionda neftlə çirklənmənin dəniz ekosisteminə vurduğu zərər trilyonlarla dollardır”
“Regionda neftlə çirklənmənin dəniz ekosisteminə vurduğu zərər trilyonlarla dollardır”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Beqayi “X” sosial şəbəkə hesabında yazıb.
İran XİN nümayəndəsi paylaşımına Kiş adası sahillərində çirklənməni əks etdirən videomaterial əlavə edib və hadisəyə xarici gəminin səbəb olduğunu bildirib.
“Bu insident son onilliklər ərzində Fars körfəzi və Oman dənizinin sularını, eləcə də regionun dəniz ekosistemini pisləşdirən, İranın sahilyanı ərazilərinə trilyonlarla dollar ziyan vuran aşkar və gizli genişmiqyaslı çirklənmənin nümunələrindən yalnız biridir”, - deyə diplomat qeyd edib.
Beqayi əlavə edib ki, kommersiya gəmiçiliyində iştirak edən hər bir tərəf regiona dəyən zərərin aradan qaldırılmasına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır.