Sağlamlıq mərkəzi ləğv olunub
Bakıda fəaliyyət göstərən sağlamlıq mərkəzi “İntermed” MMC ləğv olunub. AYNA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “İntermed” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 101,2 min manatdır.