Bir çox dövlət və qeyri-dövlət qurumlarına 30 faizdən artıq işçi heyyəti saxlanılmaması barədə tapşırıq verilib
Daxili İşlər Nazirliyinin (DİN) son məlumatına əsasən, karantin rejiminin pozulma halları intensivliyini artırıb. AYNA xəbər verir ki, bu barədə Operativ Qərargahın bu gün ki, Brifiqində Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli bildirib.
İ.Məmmədlinin sözləriə görə, təkcə bir gün ərzində 3073 nəfər karantin rejiminin qaydalarını pozub: “Onlar üçün təbii ki, cərimələr tətbiq olunub. Bakıda çox sayda xüsusi avtobuslar xəttə buraxılıb. Buna baxmayaraq, qanunsuz yollarla hərəkət edənlər və icazələr alanlar var”.
NK rəsmisi bildirib ki, bir çox dövlət və qeyri-dövlət qurumlarına 30 faizdən artıq işçi heyyəti saxlanılmaması barədə tapşırıq verilib: “Lakin onlar “icazə-e.gov.az” portalına daxil olaraq icazə alır və aidiyyəti olmayan adamları işə cəlb edirlər, küçəyə çıxmasına şərait yardırlar. Mən Operativ Qərargahın adından vurğulayıram ki, istər dövlət, istərsə də qeyri-dövlət qurumları qanunsuz olaraq insanların küçəyə çıxmalarına şərait yardacaqsa, onları mütləq şəkildə cəzalanacaq”.