Nazirə 480 min dollar cərimə də tətbiq edilib
Çində dünyada ilk dəfə insan embriyomlarını dəyişdirdiyini iddia edən həkim Hi Çienkui haqqında Çin məhkəməsi qərar qəbul edib.
AYNA xarici mətbuata istinqdən xəbər verir ki, məhkəmə “qeyri-qanuni tibb fəaliyyəti ilə məşğul olmaq” maddəsi ilə həkimi həbsə məhkum edib.
Bundan əlavə, Hi Çienkuiyə sözügedən maddəyə əsasən, 480 min dollar cərimə də tətbiq edilib.
Məhkəmə Hi ilə birlikdə əməliyyatlarda iştirak edən digər şəxslərə də 2 il həbs və 300 min dollar dollar cəza tətbiq edib.
Qeyd edək ki, Hi Çienkui 2018-ci ilin noyabr ayında şəxsi laboratoriyasında etdiyi təcrübələrə əsasən, hələ doğulmamış körplərin genlərini ana bətnində dəyişdirdiyini, bunun nəticəsində isə Lulu və Nana adlı iki qız uşağının dünyaya gəlməsinə səbəb olduğunu iddia etmişdi.