İngiltərəli alimlər COVID-19-un dərmanını tapdıqlarını bildiriblər

Dünya

16.06.2020 - 17:47

“Deksametazon” adlı dərmanın koronavirusdan əziyyət çəkənlərin ölüm nisbətini azaltdığı deyilir

 

Oksford Universitetində aparılan araşdırmalar nəticəsində COVID-19 xəstələrini müalicə edən dərman kəşf olunub. AYNA xəbər verir ki, ingiltərəli elm adamları “Deksametazon” adlı dərmanın COVID-19-dan əziyyət çəkən xəstələrin ölüm nisbətini azaltdığını bildirib.

 

Araşdırmaya nəzarət edən Oksford Universitetinin professoru Martin Landray bu barədə açıqlama verib: “Xəstəyə bir inhaler və ya oksigen əlavəsində “Deksametazon” verildiyi təqdirdə ölüm nisbəti azalır. Dərman həm də çox ucuz qiymətə başa gəlir”.

 

Tədqiqatda iştirak edən həkim Peter Horby də Landrayın dediklərini təsdiqləyib: “Bu dərman ölüm nisbətini əhəmiyyətli dərəcədə azaldır. Bu, böyük bir kəşfdir”.

Müəllif: Ayna.az