İndiyədək 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

Xəbərlər

12.12.2024 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək

Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Yerlərdə indiyə qədər 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Pənahov deyib ki, bələdiyyə seçkilərinə hazırlıqla bağlı bütün addımlar MSK-nın Təqvim Planına uyğun olaraq atılır: “Yerlərdə namizədlərin irəli sürülməsi prosesi də davam edir. Onların qeydiyyatı prosesinə artıq başlanılıb. Mərkəzi Seçki Komissiyası daim bu prosesi nəzarətdə saxlayır. İndiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş