Məmləkət Partiyasının sədri bəyanat verdi
Türkiyədə prezidentliyə namizədlərdən biri - Məmləkət Partiyasının sədri Muharrem İnce namizədliyini geri götürdüyünü açıqlayıb.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə İncə bəyanatında bildirib.
Bununla da Türkiyədə mayın 14-də keçiriləcək seçkidə dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparacaq: hakim Ədalət və İnkişaf Partiyasının lideri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqından namizəd Sinan Oğan.