İmran Xanın həbsi təxirə salınıb

Dünya

23.05.2023 - 16:45

cedabet dərman SEO Xidməti

Məhkəmə Pakistanın sabiq Baş naziri barədə qərar qəbul edib

İslamabadın Apelyasiya Məhkəməsi Pakistanın sabiq baş naziri İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb.

AYNA xarici mediaya istinadən bildirir ki, İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək onları siyasi sifariş adlandıran sabiq Baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib.

İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində kütləvi nümayişlərə səbəb olub.

Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində Pakistan Parlamentinin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş