İmran Xan həbsxanadan zaminə buraxılıb

Dünya

21.11.2024 - 01:15

Həkimlər Klinikalar SEO Xidməti

İslamabad Ali Məhkəməsi keçmiş Baş nazirin zaminə buraxılması barədə qərar çıxarıb

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri və müxalifətdə olan “Təhrik-e-İnsaf” Partiyasının qurucusu İmran Xanın həbsxanadan zaminə buraxılması barədə qərar çıxarıb.

AYNA xəbər verir ki, Pakistan mediasının yazdığına görə, məhkəmə İmran Xan hər biri 1 milyon rupi (3611 dollar) olmaqla iki zaminlik şərti ilə zaminə buraxılıb.

Qeyd edək ki, keçmiş Baş nazir və həyat yoldaşı Büşra Bibi iyulun 13-də həbs edilib. Daha sonra keçmiş Baş nazirin həyat yoldaşı girov müqabilində azadlığa çıxa bilib. Xan isə həbsdə idi.

Pakistanın keçmiş Baş nazir və xanımı xarici hədiyyələrin qeyri-qanuni satılması ilə bağlı tutulublar. Onların arasında 7 ədəd “Graff” və “Rolex” saatları, o cümlədən 10 brilyant və qızıl-zinət əşyaları da var. Bunların cütlük tərəfindən satıldığı iddia edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş