İmişlidə həmkəndlisini öldürmək istəyən şəxs tutulub

Hadisə

26.05.2021 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

Yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açılıb

 

Mayın 25-də saat 23 radələrində İmişli rayonunun Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

 

İmişli Rayon Prokurorluğunun AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd etdiyi müəyyənləşdirilib.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş