İlyas İsmayılov dəfn edilib

Xəbərlər

18.02.2025 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq baş prokuror Nardaran məzarlığında torpağa tapşırılıb

Ötən gün vəfat edən sabiq baş prokuror və ədliyyə naziri, keçmiş deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilib. AYNA xəbər verir ki, vida mərasimi Heydər məscidində baş tutub.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra İ.İsmayılov vəsiyyətinə uyğun olaraq Nardaranda məzarlıqda, oğlu Etimadın yanında dəfn edilib.

Qeyd edək ki, İ.İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun ölüm səbəbi multiorqan çatışmazlığı olub.

Xatırladaq ki, İ.İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş