İl ərzində koronavirusdan ölənlərin sayı məlum olub
“2022-ci ildə dünyada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1 milyonu ötüb”.
AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib.
“Bu ilin əvvəlindən 1 milyon insan koronavirusdan ölüb. Buna görə də COVID-19 ilə yaşamağı öyrənmədiyimizi söyləyə bilərik”, - o vurğulayıb.