İlham Əliyev Moskvaya yola düşüb

Siyasət

25.05.2023 - 11:12

Dövlət başçısı Rusiyaya işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.

AYNA dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az