İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Xəbərlər

21.03.2022 - 23:04

Həkimlər Klinikalar SEO Xidməti

“Çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı”

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

AYNA-nın xəbərinə görə, başsağlığında deyilir:

“Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş