İlham Əliyev: "Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik"

Siyasət

20.07.2024 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev Şuşada keçirilən II Qlobal Media Forumunda çıxış edib

Cənubi Qafqaz regionuna gəldikdə, deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi-geosiyasi dəyişikliklər baş verir.

AYNA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu çıxışında deyib.

“Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Bu, təkcə birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə müasir tariximizdə mühüm hadisə oldu”, - deyə dövlət başçısı bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş