İl var - əsrə bərabər

Mədəniyyət

31.12.2020 - 18:18

Bu yuvarlaq ildə nələr oldu, nələr bitdi…

 

Bu gün 2020-ci ilin son günüdür. Yola saldığımız il hər kəsin yaddaşında fərqli və əlamətdar hadisələrlə qalmaqla yanaşı, həm də ən çox hadisələrin baş verdiyi illərdən biri oldu. 2020-ci il dünyada meşə yanğınları, qlobal siyasi hadisələr, elmi kəşflər və ən əsası koronavirus pandemiyası ilə yaddaşlara həkk oldu.

 

Bu ilin mühüm hadisələri və təsirləri ölkəmizdən də yan keçmədi. Dünyanı cənginə almış COVID-19 pandemiyası və ən əsası, illərdir həsrətini çəkdiyimiz ərazilərimizi geri qaytarmaq üçün apardığımız Vətən müharibəsi ölkəmiz üçün ən yaddaqalan hadisə oldu.

 

Maraqlıdır, 2020-ci il mədəniyyət və incəsənət xadimləri üçün necə yadda qaldı? Nələr itirdilər, nələr qazandılar? Növbəti ildən gözləntiləri nədir? AYNA mövzu ətrafında bir neçə sənət adamının fikirlərini öyrənib.

 

Xalq artisti, xanəndə Mələkxanım Əyyubova:

Qardaşım oğlunu birdəfəlik sildim” Mələkxanım Eyyubova DANIŞDI | Shownews.az

“Təbii ki, bu il hər birimizin yaddaşında həm pisi, həm də yaxşısı ilə qaldı. Şəxsən mən bu ili öz həyatımdan silmək istəyirdim. Çünki koronavirus pandemiyası, pandemiyanın yaratdığı fəsadlar və nəticə olaraq insanların durumu yaxşı deyildi. Amma elə oldu ki, həyatımızdan silmək istədiyimiz il bizim üçün çox mühüm və tarixi bir hadisə ilə yadda qaldı və biz 30 il həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Ali Baş Komandanımızın daxili və xarici siyasəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində tarix yazdıq. Hər kəs də bu şanlı tarixin canlı şahidi oldu.

 

Təbii ki, bu yolda şəhidlər verdik, yaralılarımız oldu. Analar gözüyaşlı, övladlar atasız qaldı. Əlbəttə ki, bütün bunlar bizi ağrıdır. Amma təsəllimiz odur ki, torpaqlarımız azad edilib. Çünki Vətən uğrunda canını qurban verməsən, toprağın da geri alınmaz.

 

Məlumdur ki, torpaqlarımız işğal altında olduğu üçün başımızı dik tutub gəzə bilmirdik. Şəxsən mən bir sənətçi kimi xarici ölkələrə səfərlərə, konsertlərə gedəndə, haradasa başımı yana əyirdim. Amma şükürlər olsun ki, dünyanın gözü qarşısında biz artıq alnımız açıq, başımız dik gəzəcəyik. Təbii ki, çətinliklərimiz də çox olacaq, düşmən susmayacaq. Amma dövlətimizin qayğısı və gücü sayəsində gələcəkdə hər şey yaxşı olacaq.

 

Bu gün həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Düzdür, bir gözümüz gülüb, bir gözümüz ağlasa da, biz bu bayramı da qeyd etməliyik ki, düşmən kədərləndiyimizi görüb sevinməsin”.

 

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov:

Mənsum İbrahimov:

“Təbii ki, 2020-ci il hamımız üçün çox gərgin başladı. Bunun da səbəbi məlum olduğu kimi, COVID-19 pandemiyası idi. Pandemiyaya görə çoxlu itkilərimiz oldu, tanıdığımız insanlar dünyasını dəyişdi. Amma sentyabr ayının 27-də Ali Baş Komandanımızın əmri ilə müzəffər ordumuz Qarabağda əks-hücum hücuma keçdi və 44 gün davam edən Vətən müharibəsinin nəticəsində, 30 il ərzində həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Ona görə də bu il bizim üçün zəfər ilinə çevrildi və biz qalib ölkə kimi bu ili başa vururuq.

 

Əlbəttə ki, müharibə nəticəsində şəhidlər verdik, yaralılarımız oldu. Təbii ki, biz bu yolda canından-qanından keçən qəhrəmanlarımızın sayəsində torpaqlarımıza qovuşduq. Mənim qardaşım oğlu, xüsusi təyinatlı İbrahimov İsrafil Zülfüqar oğlu da 30 gün döyüşlərdə oldu və ərazilərimizin azad edilməsində böyük xidmətlər göstərərək şəhidlik mərtəbəsinə ucaldı. Cənab Prezidentimiz ölümündən sonra onu üç medalla təltif elədi. İnşallah, növbəti ildə də bizi Qarabağa böyük qayıdış və quruculuq işləri gözləyir.

 

Məlumdur ki, pandemiyanın fəsadları və məhdudiyyətləri hələ də davam edir. Təbii ki, bu, hamımız üçün çətindir. Xüsusən də biz incəsənət adamları bu cür məhdudiyyətlərə öyrəşməmişik, heç vaxt icazə ilə küçəyə çıxmamışıq. Həmişə tədbirlərdə, səhnələrdə olmuşuq. Ona görə də normal həyata qayıtmaq üçün çox darıxırıq. Ürəyimizdən Qarabağa getmək, Qarabağda çoxlu tədbirlər keçirmək və bu sevinci, bu zəfəri məhz Qarabağda yaşamaq keçir. Amma təəssüf ki, bu, bütün dünyanın bəlasıdır. Lakin ümid edirəm ki, gələn il hər şey yaxşı olacaq”.

 

Əməkdar artist, rejissor Nicat Kazımov:

Əməkdar artist Nicat Kazımov: Yani doğurdanmı, biz sənət adamları heç kimə  lazım deyilik?- Şikayət – XəbərAl.Az

“Əslində, 2020-ci il mənim ilimdir - siçan ili. Amma ik dəfə idi ki, öz ilimdən utanırdım. Çünki, ən azından biz sənət adamları üçün pandemiyaya görə bu il çox pis başladı. Gözlənilən işlərimizin əksəriyyəti təxirə salındı, bir çox layihələrimiz, səfərlərimiz yarımçıq qaldı. Amma çox şükür ki, ilin sonu yaxşı nəticələndi və qələbə sevinci bütün sıxıntıları kölgədə qoydu. Yəni, ən azından bu qələbəyə görə, bu il hər birimiz üçün çox uğurlu oldu. Ona görə də bütün bəlaların hamısını bu qələbəyə görə bağışlamaq olar.

 

Aydın məsələdir ki, bu qələbə hamımıza xoş təsir bağışladı, ruh yüksəkliyi verdi. Amma onu da bilirik ki, gələn il də belə davam etsə, çox çətin olacaq. Ümid edirəm ki, yanvarın 18-ə qədər təyin edilən karantin rejimindən sonra biz normal həyata - tetara, səhnəyə qayıdacağıq, yarımçıq qalmış işlərimizi bitirəcəyik. Düzdür, onlayn formada məşqlər edir, dərslər keçirik. Amma onlayn məşq canlı məşqin yerini vemir. Onlayn dərslərdə tələbəyə öyrədə biləcəyimin cəmi 10 faizini öyrədə bilirəm. Bəziləri bunun 50 faiz olduğunu deyir, amma elə deyil.

 

Ümid edirəm ki, bütün bu problemlər də həllini tapacaq. Amma ilk növbədə can sağlığı və normal həyata qayıtmaq lazımdır. Normal həyata qayıdandan sonra ruzimiz də olacaq, sevincimiz də. Bir də çox istərdim ki, Şuşada gözəl tədbir olsun, mən də o tədbirin rejissoru olum”.

 

Xalq artisti, bəstəkar Faiq Sücəddinov:

Фаик Суджаддинов:

“Bu il baş verən hər şeyi bir kənara qoyuram. Çünki biz bu il qalib gəlmişik. Heç bir pandemiya, heç bir xəstəlik buna kölgə sala bilməz. Həmişə deyirdik ki, bizə hər şeydən əvvəl torpaqlarımız lazımdır. Torpaqlarımızı da aldıq. Ona görə də 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan il oldu. Bu tarix məktəblərdə tədris olunacaq, gələcək nəsillərə ötürüləcək. Bu tarixin yanında pandemiya, xəstəlik boş şeylərdir. Mən özüm də koronavirusa yolxumuşdum və çox ağır keçirmişdim. Amma biləndə ki, 30 il həsrətini çəkdiyimiz torpaqlarımız geri qayıdıb, hər şeyi qurban vermək olar.

 

Təbii ki, biz yolda şəhidlər verdik, qazilərimiz oldu. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Xaricdə dərs dediyim zamanlar türkiyəli bir millət vəkili mənə demişdi ki, “Torpağı verməzlər, torpağı alarlar”. Biz artıq bu utancdan üzüağ çıxmışıq, torpaqlarımızı azad etmişik və hamıya da bəyan etmişik ki, sülh tərəfdarıyıq. Amma bizimlə işləri olsa, nəticəsi ağır olacaq. Növbəti ildə də bütün azərbaycanlılara can sağlığı arzu edir, xoşbxət olmalarını diləyirəm. Təki, hər şey yoluna düşsün, bütün xəstəliklər, bəlalar bu ildə qalsın”.

Müəllif: Mərahim Nəsib