İki tarixçi axtarılır

Xəbərlər

31.05.2022 - 16:13

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə təqdim edilməlidir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) iki vakant vəzifənin tutulması üçün müsabiqə elan edir. ETİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, vakant yer İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinə böyuk elmi işçi (1 yer)  və Elmi nəzəri və metodologiya şöbəsinə isə aparıcı elmi işçi (1 yer) vəzifələri üçün nəzərdə tutulub:

  1. Tarixşünaslıq və mənbəşünaslıq şöbəsi üçün tələb olunan böyuk elmi işçi tarix üzrə fəlsəfə doktoru olmalıdır və xarici dilləri bilməsi üstünlükdür;
  2. Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinə tələb olunan aparıcı elmi işçi isə hər hansı sahə üzrə fəlsəfə doktoru olmalı, rus və ingilis dillərini bilməlidir.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir:

AZ1143, H.Cavid prospekti 115, 2-ci mərtəbə;

Telefon: 0125395134;

E-mail: [email protected]

Müəllif: Ayna.az