İƏT-in Baş katibi Azərbaycana səfər edib

Xəbərlər

12.11.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Hissein Brahim Taha COP29-da iştirak edəcək

Noyabrın 12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AYNA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İƏT-in Baş katibini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az