“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilinib

Hadisə

06.04.2021 - 22:19

Baş Prokurorluq İlqar İsmayılovun həbsi ilə bağlı məlumat yayıb 

 

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub. 

 

AYNA-nın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci  maddələri ilə ittiham elan  edilməklə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Müəllif: Ayna.az