"İda" qasırğası qurbanlarının sayı artıb

Dünya

04.09.2021 - 08:17

Həkimlər Klinikalar SEO Xidməti

Təbii fəlakət qurbanlarının çoxu öz maşınlarında imiş

 

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb. AYNA "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

 

Məlumatda deyilir ki, çərşənbə və cümə axşamı ABŞ-ın şimal-şərqində "İda" qasırğasından sonra güclü yağış yağıb, 5 əyalətdə avtomobilləri, metro stansiyalarını və evləri su basıb. Qurbanların çoxu öz maşınlarında imiş.

 

Nyu-Cersidə ən azı 25, Nyu-Yorkda isə 11 nəfər təbii fəlakətin qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş