Hindistanla Pakistan arasında münasibətlər kəskin şəkildə pisləşib

Dünya

24.04.2025 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Kəşmirdəki hadisə iki nüvə dövləti arasında münasibətlərin daha da gərginləşməsi qorxusunu artırıb

Çərşənbə axşamı Hindistanın nəzarətində olan Kəşmirdə turistlərə silahlı hücumu separatçı qrupun öz üzərinə götürməsindən sonra Hindistan və Pakistan arasında münasibətlər kəskin şəkildə pisləşib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Hindistan rəsmilərinin terror aktı kimi qiymətləndirdiyi hücumda 26 nəfər həlak olub.

Kəşmir Hindistan və Pakistan arasında ərazi mübahisəsinin predmetidir. Kəşmirin Hindistan hissəsindəki separatçı qruplar ümumiyyətlə bütün bölgənin Pakistanın nəzarətinə keçməsini müdafiə edirlər.

Rəsmi Dehli birbaşa İslamabadı terror aktında ittiham etmədən, onu həyata keçirən qrupun Pakistanla əlaqəsi olduğunu bəyan edib. Hücum edən üç nəfərdən ikisinin Pakistan vətəndaşı olduğu bildirilir. Hücumdan bir gün sonra Hindistan hakimiyyəti Pakistan vətəndaşlarına verilən bütün vizaları ləğv etmək qərarına gəlib. Hindistan da Pakistanla yeganə sərhəd keçid məntəqəsini bağlayıb və Hind çayının sularından istifadəyə dair razılaşmanı ləğv etdiyini açıqlayıb. Müqavilə 1960-cı ildə bağlanıb və Hindistanla Pakistan sonradan müharibə aparsa da, qüvvədə qalıb.

Pakistan hakimiyyəti cümə axşamı Hindistan vətəndaşları üçün vizaları ləğv etmək qərarına gəlib. Pakistan hava məkanını Hindistan aviaşirkətləri üçün bağlayıb və Hindistanla bütün ticarəti dayandırdığını elan edib. Bundan əlavə, bir sıra Hindistan diplomatları da ölkədən çıxarılacaq.

Son hadisələr iki nüvə dövləti arasında münasibətlərin daha da gərginləşməsi qorxusunu artırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş