Hindistanda küçəyə çıxma qadağası 2 həftəlik uzadıldı

Dünya

02.05.2020 - 16:53

Nazirlik bildirib ki, qarşıdakı iki həftə çox önəmlidir

 

Hindistanda yeni növ koronavirusla mübarizə məqsədilə mart ayında elan edilən və sabah bitməsi planlaşdırılan küçəyə çıxma qadağası daha 2 həftə uzadılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada, qadağanın mayın 18-dək uzadıldığı qeyd olunub. Açıqlamada qeyd edilib ki, COVID -19-a yoluxmanın azalsa da, qarşıdakı 2 həftə çox önəmlidir.

 

Nazirlik həçminin, ölkənin bəzi bölgələrinin qırmızı, yaşıl və narıncı olaraq işarələndiyi xəritə də paylaşıb.

 

Qeyd edək ki, Hindistanda  ümumilikdə virusa yoluxan 37 min 336 nəfərdən 223-ü ölüb.

Müəllif: Ayna.az