Hindistanda koronavirusa rekord yoluxma

Dünya

30.05.2020 - 18:25

Hindistanda gündəlik rekord yoluxma və ölüm qeydə alınıb


Hindistan pandemiya böhranının pik vəziyyətini yaşayır. AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkədə virusla bağlı göstəricilər ən yüksək həddə çatıb. Bu barədə Baş nazir Narendra Modi məlumat verib.

"Ölkəmizin qarşılaşdığı böyük problem var. Gecə-gündüz çalışıram, daha çox sizə, gücünüzə və qabiliyyətlərinizə inanıram", - baş nazir bildirib.


Məlumata görə, son 24 saat ərzində Hindistanda daha 7964 yoluxma faktı və 265 ölüm hadisəsi qeydə alınıb. Bu da indiyədək gündəlik ən böyük göstərici hesab olunur. Ümumilikdə, ölkədə 173 763 yoluxma və 4980 ölüm halı baş verib.

Müəllif: Ayna.az