Hindistanda daşqın qurbanlarının sayı 173 nəfərə çatıb

Dünya

02.07.2022 - 20:34

Təbii fəlakət nəticəsində ölənlərin sayı artıb

Hindistanın Assam əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 173-ə çatıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlara güclü musson yağışları səbəb olub, bunun nəticəsində Brahmaputra çayı qolları ilə birlikdə sahillini basıb.

Həmçinin Manipur əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb, daha 20 nəfərin meyiti tapılıb.

İndiyədək 40 nəfərin taleyi ilə bağlı heç nə məlum deyil.

Müəllif: Ayna.az