Hindistanda buzlaq sürüşməsi nəticəsində 150 nəfər itkin düşüb

Dünya

07.02.2021 - 14:37

İtkin düşənlər Rişiqanqa Su Elektrik Stansiyasının işçiləridir

 

Hindistanın Uttaraxand əyalətində buzlaq sürüşməsi nəticəsində 150-dən çox insan itkin düşdü. AYNA xarici mediaya istinadən bildirir ki, itkin düşənlər Rişiqanqa Su Elektrik Stansiyasının işçiləridir. Onlarla əlaqə tamamilə kəsilib.

 

Səlahiyyətli orqanlara görə, 100-dən 150-yə qədər insan fəlakətin qurbanı ola bilər.

 

İtkin düşənlərin axtarışında bir neçə xilasetmə qrupu iştirak edir. Hindistan Ordusu yerli icra orqanlarına kömək məqsədilə əraziyə texnika və şəxsi heyət göndərib.

 

Buzlaq sürüşməsi əyalətdə güclü sel və daşqınlara səbəb olub.

Müəllif: Ayna.az