“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”
Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pakistanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar deyib.
Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyini söyləyib. Nazir ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.
“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin Baş nazirinin müavini Pakistan Parlamentində qeyd edib.