Oktyabrın 10-dan sonra Hindistanda qalan kanadalı nümayəndələr diplomatik toxunulmazlıqlarını itirə bilərlər
Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək vətənlərinə qayıtmasını tələb edib. AYNA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, bu tarixdən sonra Hindistanda qalan kanadalı nümayəndələr diplomatik toxunulmazlıqlarını itirə bilərlər.
Mənbələrdən biri Hindistanda 62 kanadalı diplomatın işlədiyini bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Hindistan sentyabrın 21-dən Kanada vətəndaşlarına vizaların verilməsini dayandırıb. “Reuters” qeyd edir ki, bu qərar səs-küylü insidentdən - Kanadanın Sıx icmasının lideri Hardeep Sinq Niccarın qətlindən sonra ölkələr arasında yaranmış gərginlik fonunda qəbul edilib.