Heydər Əliyev prospektində ölümlə nəticələnən qəza

Hadisə

05.12.2019 - 15:42

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

 

Bu gün saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA-ya Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Əliyar Süleymanov dünyasını dəyişib, digər piyada  - 2004-cü il təvəllüdlü İsmayıl Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

 

Bununla yanaşı, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb, yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.

 

Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb.

 

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır.

Müəllif: Ayna.az