İsrail tərəfi Bibas ailəsinin və Oded Lifşitsin cəsədlərini qəbul edib
Fələstinin radikal HƏMAS və “İslami Cihad” hərəkatları 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumu nəticəsində həlak olan 4 İsrail vətəndaşının cəsədlərini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Prosesin Qəzza zolağının cənubundakı Xan Yunisdə baş tutduğu qeyd edilir.
İsrail tərəfi Bibas ailəsinin (ana və iki kiçik uşaq) və Oded Lifşitsin cəsədlərini qəbul edib.
HƏMAS bəyan edib ki, girovlar İsrailin Fələstin anklavına endirdiyi aviazərbələr nəticəsində ölüblər.