Həftənin ilk iş gününün hava proqnozu

Xəbərlər

05.06.2022 - 13:27

Həkimlər Klinikalar SEO Xidməti

Sabah temperatur 39 dərəcəyədək yüksələcək

İyunun 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.

Əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş