Havanı çirkləndirən zavodun səlahiyyətlisi cəzalandırılıb

Xəbərlər

24.07.2023 - 12:24

cedabet dərman SEO Xidməti

Təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib. AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.

Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş