Havada toz dumanı müşahidə edilir

Xəbərlər

05.09.2022 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

“Müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir”

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

AYNA-nın xəbərinə görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.

“Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - direktor qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş