Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib - VİDEO

Xəbərlər

30.11.2021 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra olunub

Bu il üçün döyüş hazırlığı planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, atışların əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava Hücumundan Müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkarlanan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş