Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra olunub - VİDEO

Xəbərlər

05.12.2023 - 10:58

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İcra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Müəllif: Ayna.az