Moisey sui-qəsd nəticəsində öldürülüb
Haiti Prezidenti Xovenel Moiseyə sui-qəsd olub. AYNA xarici mediaya istinadən bildirir ki, xəbəri ölkənin keçid Baş naziri Klaude Cozep verib.
Cozep bildirib ki, Prezidentin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib: “Hələlik kimliyi bilinməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib. Onların bəziləri ispan dilində danışıblar. Prezidenti güllələyiblər, həyat yoldaşını isə yaralayıblar”.