Hacıqabulda qəza: piyada öldü

Hadisə

18.07.2021 - 07:39

Avtomobil piyadanı vuraraq öldürüb

 

Hacıqabulda 79 yaşlı kişini avtomobil vuraraq öldürüb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisində qeydə alınıb.

 

“Mercedes Vita” markalı avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Zaidov İsaxan Dostəli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az