Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobil anidən idarəetməni itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə zamanı kənd sakini, 1940-cı il təvəllüdlü Ağayeva Raya Azad qızı müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır