Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var

Xəbərlər

27.03.2022 - 23:56

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində İmişli rayon sakiləri - Ağayev Məmmədalı Ələsgər oğlu, Ağayeva Təranə Mikayıl qızı və Ağayev Şahid Məmmədalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş