Səfirlik binasının pəncərələri zədələnib, divarlara qraffitilər çəkilib
Belarusun Haaqadakı səfirliyinə hücum edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
"Naməlum şəxslər səfirliyin binasına hücumç ediblər. Hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib", - səfirlikdən bildiriblər.
Binanın pəncərələri zədələnib, divarlara qraffitilər çəkilib.