Gürcüstanın XİN başçısı Azərbaycana səfər edəcək

Xəbərlər

26.04.2022 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Görüşlərdə Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün Azərbaycana rəsmi səfər edəcək. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, iki gün davam edəcək səfər çərçivəsində İ.Darçiaşvili Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Görüşlərdə Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş