Gürcüstanın Baş nazirindən Prezidentə irad: “Avropaya inteqrasiya üçün heç nə etməyib”

Dünya

04.09.2023 - 16:58

cedabet dərman SEO Xidməti

Qaribaşvili Prezidentin Avrointeqrasiya yolunda hərəkətsiz olduğunu açıqlayıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Prezidenti Salome Zurabişvilini Avropaya inteqrasiya yolunda fəaliyyətsizlikdə ittiham edib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

“Son 10 ildə nə Gürcüstan Prezidenti, nə də bizim tənqidçilərimiz, müxalifət Avropaya inteqrasiya yolunda heç bir iş görməyib. Hər şey sırf “Gürcü Arzusu”nun (ölkənin hakim partiyası) ləyaqətli işinin nəticəsidir”, - Baş nazir bildirib.

Qaribaşvili partiyanın yaxşı işini Avropa ilə assosiativ saziş, azad ticarət, vizasız rejim və Avropa perspektivi ilə izah edib: “İnanıram ki, avropalı dostlarımızın ölkəyə layiq olduğu statusu vermək üçün kifayət qədər arqumentləri olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş