Ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək
Gürcüstanda olan daha 178 Azərbaycan təxliyə ediləcək. AYNA APA-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.