Gürcüstanda zəlzələ olub

Dünya

24.07.2022 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Yeraltı təkanlar Sameba kəndi yaxınlığında qeydə alınıb

İyulun 24-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yenidən zəlzələ baş verib. AYNA gürcü mediasına istinadən bildirir ki, yeraltı təkanlar Dmanisi rayonunun cənub-qərbində yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.

Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 05:49-da 3,8 bal gücündə olub.

Qeyd edək ki, Dmanisi bələdiyyəsində son bir neçə aydır ki, müntəzəm olaraq zəlzələ qeydə alınır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş