Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

Dünya

21.11.2020 - 08:20

Həkimlər Klinikalar SEO Xidməti

Səsvermə prosesi saat 20:00-da başa çatacaq

 

Bu gün Gürcüstanda parlament seçkilərinin növbəti - ikinci turunda səsvermələr keçirilir.

 

AYNA xəbər verir ki, səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb.

 

İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub.

 

Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.

 

Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçrilir.

 

Seçkiləri izləmək üçün seçki subyektlərinin 9 521 nümayəndəsi, 132 yerli təşkilatın 47 345, 48 beynəxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5 964 nümayəndəsi işıqlandıracaq. Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

 

Qeyd edək ki, Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş