Yaralananların 14-ü polis, 3-ü KİV nümayəndəsi və 10-u etirazçıdır
Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edənlərlə polis arasında toqquşma qeydə alınıb. AYNA xarici mediaya istinadən bildirir ki, paytaxt Tbilisidə Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında 31 oktybar seçkilərinin nəticələrinə etiraz kütlə ilə toqquşma zamanı 14 polis, 3 KİV nümayəndəsi və 10-a qədər etirazçı yaralanıb.
Daxili işlər naziri Kaxaber Sabanadze toqquşmalarda iştirak edən 19 nəfərin saxlanıldığını deyib.
Müxalifət aksiyaların davamlı olacağını elan edib.