Ölkədə aktiv virus infeksiyası daşıyıcılarının sayı 65 nəfər təşkil edir
Gürcüstanda daha iki şəxsin koronavirusa yoluxduğu müəyyən olunub.
AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda məlumat verilib.
Bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 75-ə çatıb. Virusa yoluxanların 10-u tam sağalıb.
Hazırda qonşu ölkədə aktiv virus infeksiyası daşıyıcılarının sayı 65 nəfər təşkil edir. Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.