Bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilib
2020-ci il noyabrın 28-dən Gürcüstanda tətbiq olunan məhdudiyyətlərin bir hissəsi bu gündən etibarən aradan qaldırılıb. AYNA xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilib. Bütün dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.