Gürcüstan quru sərhədlərini açıb

Dünya

01.06.2021 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

Əcnəbilər ölkədə uzun müddət ərzində qalacaqları təqdirdə təkrar test yoxlamasından keçməli olacaqlar

 

Gürcüstan koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini iyunun 1-dən açıb. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək.

 

Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar. Əcnəbilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub.

 

Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir. Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş