Salome Zurabişvili: “Ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”
Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, Zurabişvili seçkilərlə bağlı bəyanatında qeyd edib ki, oktyabrın 26-da keçirilən seçkilər total saxtakarlıqla yadda qalıb.
“Bu gün burada ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, saxtakarlıq, səslərinizin tamamilə oğurlanması idi”, – Prezident bəyan edib.
Zurabişvili vətəndaşları oktyabrın 28-də dinc etiraz aksiyasına çağırıb.