Gürcüstan Prezidenti Azərbaycana səfər edib

Xəbərlər

15.04.2025 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Mixail Kavelaşvilinin Prezident İlham Əliyev və digər rəsmilərlə görüşü keçiriləcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya iki günlük rəsmi səfərə gəlib. AYNA.AZ bildirir ki, Gürcüstan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, səfər çərçivəsində Mixail Kavelaşvilinin İlham Əliyevlə görüşü, Azərbaycanın Baş naziri Əli Əsədov və parlamentin sədri Sahibə Qafarova ilə təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Prezidentin başçılıq etdiyi gürcü nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzəyev daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş